22 may 2013 11:26
Millimiz daha bir qələbə qazandı
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Ukraynanın Nikolayev şəhərində təşkil olunmuş beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Nikolayev şəhərinin eyniadlı komandası ilə qarşılaşan yığmamız 6:5 hesablı qələbə qazanıb.
Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində Moldova yığmasını 19:2, "Xerson" komandasını isə 4:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.
