22 may 2013 11:31

Neftçinin seriyasına son, altılıqda yeni rekord

Topaz Premyer Liqasının 32-ci turunun maraqlı məqamlarını nəzərinizə çatdırırıq.
 
“Neftçi”nin qol seriyası son oyunda qırıldı
 
“Neftçi”nin qol seriyası qırılıb. Ardıcıl 19 oyunda qol vuran çempion 32-ci turun “Bakı” ilə matçında rəqib qapısına yol tapmayıb. “Ağ-qaralar” sonuncu dəfə ötən il dekabrın 2-də “Qarabağ”a öz meydanında 0:1 hesabı ilə uduzarkən qola həsrət qalmışdı. Bu komandanın mövsümdə 12-ci çempionat oyunu idi. 15-ci turun görüşü olsa da, bəzi matçlar təxirə salındığından “Neftçi” 3 matç az keçirmişdi. Bundan sonra 16 tur və daha 3 təxirə salınmış qarşılaşmada – ümumilikdə 19 matçda qol vuran bakılılar 32-ci turda 20-yə çata bilmədi.
 
“Rəvan”ın heç-heçəsiz seriyası
 
Bakının digər klubu “Rəvan” isə mövsümü seriya ilə bitirdi. Paytaxt futbolçuları mövsümün rekorduna imza ataraq ardıcıl 20 oyundur heç-heçə etmir. Barışmaz komanda sonuncu dəfə 11-ci turun ötən il oktyabrın 31-dəki matçında “Turan”la heç-heçə etmişdi – 2:2. Bundan sonrakı 20 görüşdə isə “Rəvan” “sülh”lə barışmayıb. Düzdür bakılılar 11-ci turdan sonra 21 matç keçirməli idi. Lakin 1 qarşılaşmanın nəticəsi ləğv olunub texniki nəticə qeydə alındığından həmin matç seriyaya şamil olunmur.
 
“Altılıq”da yeni rekord
 
32-ci tur final mərhələsinin rekordu ilə əlamətdar oldu. “Neftçi” – “Bakı” oyununa toplaşan 7000 azarkeş “altılıq” mərhələsinin 60 qarşılaşması üçün ən yüksək göstərici oldu. Mövsümün final mərhələsinin buna qədərki rekordu 24-cü turun “Xəzər Lənkəran” – AZAL görüşünə aid idi – 5500 tamaşaçı. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.