22 may 2013 11:58

“Azərbaycan klubları üçün Metallurgu keçmək asan olmayacaq”

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun azerisport.az saytına müsahibəsi
 
- Latviya kubokunun final oyununda niyə iştirak etmədiniz?
- Bu oyunda xəstələndiyimə görə iştirak edə bilmədim. Çox pis idim, bu üzdən evdə müalicə alırdım. Təəssüf ki, Riqadakı final oyununa gedə də bilmədim. Allaha şükür ki, artıq özümü yaxşı hiss edirəm.
 
- “Metallurg” prinsipial rəqibi “Ventspils”ə əlavə vaxtda uduzdu – 1:2...
- Fikrimcə, hər şeyə penalti seriyasında aydınlıq gələ bilərdi. Əlbəttə, qələbə qazanmalıydıq. Çünki titul qazanmaq istəyirdik. Artıq üçüncü ildi Latviya Kubokunun finalında uduzuruq.
 
- Klubunuzun bu uğursuzluqlarının əsas səbəbi nə ilə bağlıdı?
- Heç bir problem yoxdu. Bu uğursuzluğu tez bir zamanda unutmaq və qarşıya baxmaq lazımdı.
 
- Latviya çempionatında da hər şeyin yaxşı getmədiyini demək olar?
- Niyə ki? Komanda üç-dörd liderdən biridi. Yeri gəlmişkən, avrokuboklara düşmüşük. Hazırlaşmalı olacağıq.
 
- Latviyada da avrokubokları Azərbaycandakı kimi səbirsizliklə gözləyirlər?
- Əlbəttə. Hamı bu barədə düşünür. Mümkün qədər irəli getmək istəyirik. Ötən mövsüm Malta klubunu keçsək də, Varşava “Legia”sını məğlub edə bilmədik. Bu dəfə isə qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bu çox möhtəşəm olardı.

- Son illər Azərbaycan klubları Litva və Estoniya təmsilçilərini asanlıqla üstələyir. Latviya klublarını da belə keçə bilərik?
- Başqalarını deyə bilmərəm, amma “Metallurg”u keçmək çətin olacaq (gülür).
 
- Öz performansınızı necə dəyərləndirirsiz?
- Altı turda meydana əsas heyətdə çıxdım, qollar vurmuşam, ötürmələr etmişəm. Kubok oyununda da qol vura bildim. Ümumiyyətlə, öz oyunumdan danışmağı xoşlamıram. Amma əgər məşqçilər məni əsas heyətdə meydana buraxırlarsa, deməli, heç də pis formada deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.