22 may 2013 13:06
Rəşad Abdullayev Bakıya keçidi haqda danışdı
“Bakı”nın yeni transferi Rəşad Abdullayev bu keçidlə bağlı fikirlərini açıqlayıb. “Qəbələ”nin sabiq yarımmüdafiəçisi azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hər şey artıq arxada qaldı. “Bakı” ilə bir illik müqavilə imzaladım. Amma daha bir illik də razılıq oldu. Artıq ancaq futbol barədə fikirləşə bilərəm. Əlbəttə, öncə istirahət etmək istəyirəm. Bu mövsüm mənim üçün heç də yaxşı alınmadı. Ona görə də tam özümə gəlib, yeni komandamla yeni mövsümdə uğur qazanamaq haqda düşünəcəm. Məncə, növbəti mövsüm “Bakı” üçün çox çətin keçəcək”.