23 may 2013 01:14
Türkiyə Kubokunu yenə də Fenerbahçe qazandı
Futbol üzrə Türkiyə Kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Ankarada baş tutan həlledici matçda “Trabzonspor”la “Fenerbahçe” üz-üzə gəlib.
Görüşün taleyini bir qol həll edib. Qarşılaşma "Fenerbahçe"nin xeyrinə başa çatıb.
Beləliklə, "Fənərbaxça" tarixində altıncı dəfə Türkiyə kubokunu qazanıb. Maraq üçün xatırladaq ki, uzun illər idi kuboka həsrət qalan "Fenerbahçe" bu turnirin ardıcıl ikinci dəfə qalibi olub. Bu komanda ötən il də baş mükafata sahib çıxmışdı.
Qeyd edək ki, bu komandalar arasındakı 39 illik rəqəbətdə 110 matç baş tutub. Oyunların 43-də “Fənərbaxça”, 37-də “Trabzonspor” qələbə qazanıb, 30 oyun heç-heçə yekunlaşıb.
Türkiyə Kuboku
Final
22 may
Trabzonspor – Fenerbahçe - 0:1
Qol: Sou, 9.
