22 may 2013 13:55
Qarabağ hazırlıq planlarını açıqladı
Mövsümü ikinci pillədə başa vuran “Qarabağ” istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, 2012-2013 mövsümü başa çatdıqdan sonra “Qarabağ”da da fasilə yaranıb.
Komanda iyunun 8-nə kimi istirahətdə olacaq. Həmin gün Avroliqanın hazırlıqları üçün yığışacaq komanda 5 gün Bakıda ilkin hazırlığa başlayacaq. İyunun 13-ü isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
“Qarabağ” qardaş ölkənın Qızılcahamam bölgəsində minimum iyunun 27-nə kimi qalacaq. Avroliqanın ilk mərhələsinin püşkünə uyğun olaraq komanda Bakıya qayıdıb-qayıtmayacağı məlum olacaq. İlk oyun səfərdə olsa Türkiyədən həmin ölkəyə yollanılacaq. Əks halda komanda Bakıya qayıdacaq.
