22 may 2013 13:42
Alman klubu azərbaycanlı futbolçu transfer etdi
Almaniyanın “Rot-Weis Oberhausen” klubu azərbaycanlı futbolçu transfer edib. Azerisport.az xəbər verir ki, bu, 19 yaşlı Cəlil Əliyevdi.
Dünən klub rəhbərliyi həmyerlimizlə müqavilə bağlayıb. Hücumameylli yarımmüdafiəçi növbəti mövsümdən məhz Almaniyanın gücünə görə dördüncü sayılan liqasında çıxış edən bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Əliyev bundan öncə “Schwarz-Weiss Essen” komandasının şərəfini qoruyub.
