22 may 2013 14:17
AFFA yenə ən böyük cəzanı Neftçiyə kəsdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın sonuncu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Denis Silva Kruz kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 12, 37 və 79-cu dəqiqələrində “Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə editdikləri və matçın 62-ci dəqiqəsində və matçdan sonra meydançaya kənar əşya atdıqları üçün klub 2000 manat cərimə olunub. “Neftçi”nin azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Turan” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5, “Turan”ın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Matçın 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Ramil Həşimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
