22 may 2013 14:48
Bir klubun baş məşqçisinə 5 oyunluq cəza, 3 futbolçusuna diskvalifikasiya
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun sonuncu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şuşa” – “Göyəzən” oyununun 39-cu dəqiqəsində “Şuşa”nın futbolçusu Rafiq Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 73-cü dəqiqəsində “Göyəzən”in futbolçusu Həsən Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Neftçala” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Ruslan Rüstəmov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Şahdağ” – “Ağsu” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 81-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Matçın 90+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
