22 may 2013 15:53
Qəbələ Vurğun Hüseynovla da yollarını ayırdı
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynovla başa çatan müqaviləsini yeniləmək istəməyib.
Hüseynov özü bölgə klubu ilə yollarını ayırmasının səbəbini saytımıza açıqlamasında belə izah edib: “Qəbələ”nin mənimlə müqavilənin müddətini uzatmamasının səbəbi çox sadədi. 2-3 gün sonra Türkiyəyə yollanacağam. Çünki növbəti həftə yenidən əməliyyat olunmalıyam. Yaşıl meydanlara 3 ay sonra çıxmağım mümkündü. “Qəbələ” iddialı klubdu. Komandaya oynayan futbolçular lazımdı. Mənə isə zədəmi sağaltmaq və özümə yeni iş yeri axtarmaq qalır. Çünki zədəm sağalandan sonra forma yığmalıyam. Mümkündü ki, bu, AZAL olsun. Amma hələlik dəqiq heç nə deyə bilmərəm”.
