22 may 2013 16:14
İnterə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə iki kluba texniki məğlubiyyət verib.
U-16 liqasının “Bakı kəndləri” – “İnter” və “Qəbələ” – “Bakı 008” matçlarında qonaq komandalar oyunda iştirak etmədiyi üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. “Bakı 008” 3 dəfə oyunlarda iştirak etmədiyindən yarışlardan kənarlaşdırılıb.
