22 may 2013 16:46
AZAL daha bir futbolçusu ilə yollarını ayırdı
AZAL daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu dəfəki ayrılıq klubun öz istəyi ilə olub.
Belə ki, məşqçilər korpusu Ruslan Zubkovun xidmətindən imtina ediblər. Nəticədə klub rəhbərliyi futbolçunun komandadan getməsinə qərar verib.
Qeyd edək ki, AZAL bundan öncə Franko Nildo və Zohair Benuahi kimi iki aparıcı futbolçusu ilə yollarını ayırmışdı. Lakin onların hər ikisi “Xəzər Lənkəran”a keçdiyi üçün komandadan ayrılmışdılar.
