22 may 2013 16:55
Yuri Syomin Azərbaycanı təriflədi, Qəbələdən yenə danışmadı
Rusiyalı mütəxəssis Yuri Syomin hələ də çalışdırmağa hazırlaşdığı “Qəbələ”yə keçidi barədə danışmaq istəmir. Amma azerisport.az xəbər verir ki, o, son müsahibəsində Azərbaycan və azərbaycanlılar barədə xeyli maraqlı fikirlər səsləndirib.
- Hələlik “Qəbələ” haqda heç nəyi şərh etmək fikrim yoxdu. Nə vaxt hər şeyə aydınlıq gəlsə, o zaman danışarıq. Amma hələ məsələ tam həllini tapmayıb.
- Bəs Azərbaycan barədə nə deyə bilərsiz?
- Bax bu barədə böyük məmnuniyyətlə danışaram. Bakıda çoxdan idi olmurdum. Möhtəşəm şəhər olub. Orda inanılmaz dərəcədə inkişaf gedir. Şəhər təmizdi. İnkişaf edən Bakının əla memarlığı və gözəl infrastrukturu var. Demək olar ki, Dubaya bənzəyən yeni bir paytaxt salıblar. Həmçinin kiçik kurort şəhəri olan Qəbələ məndə yüksək təəssürat yaratdı. Oranın əla təbiəti, rahat otelleri var.

- Yəqin ki, azərbaycanlıların qonaqpərvərliyi sizi heyran etdi...
- Azərbaycanlıların özlərinə gəlincə, əlbəttə, onların qonaqpərvərliklərini qeyd etməyə bilmərəm. Çox xeyirxah, gülərüzlü və ədalətsevən xalqdı. Moskvada Azərbaycan vətəndaşları çoxdu. Onların çoxusu ilə biz çoxdandı birgə yaşayırıq, dostluq edirik. Mənim komandamda azərbaycanlılar çox olub. Əla uşaqlar idilər.