22 may 2013 17:01
Rasim Ramaldanov rəsmən Xəzər Lənkəranda!
“Xəzər Lənkəran” mövsümlər arası fasilə başlayan kimi transfer çalışmalarını sürətlə davam etdirir. Azerisport.az xəbər verir ki, ilk olaraq daxili çempionatda çıxış edən səviyyəli və perspektivli futbolçuların transferi üzərində çalışan klub artıq iki transferi reallaşdırmışdı.
Bu gün isə daha bir futbolçu “ağ-yaşıl” rənglərə bağlanıb. Azərbaycan millisinin üzvü, Zaqatalanın “Simurq”klubunun kapitanı Rasim Ramaldanov “Xəzər Lənkəran”la iki illik müqavilə imzalayıb.
