22 may 2013 17:11

“Bir səhv hər şeyin üstündən xətt çəkdi”

“Mövsüm çox ağır alındı. Müəyyən zaman turnir cədvəlində liderlik etdik, lakin fevralda komanda birinciliyi əldən verdi. Təəssüf ki, turnir cədvəlində birinci yer uğrunda əsas rəqiblərimizlə qış fasiləsindən sonra keçirdiyimiz oyunlarda lazım olan nəticəni əldə edə bilmədik. Bizim yaxşı futbolçularımız var, komandamıza yaxşı məşqçi rəhbərlik edir. Lakin buna baxmayaraq, bizi çempionluqdan məhrum edən səhvlərə yol verdik".
 
Azerisport.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Bryus Abdulay klubun saytına başa çatmış mövsümü dəyərləndirərkən deyib.
 
Fransalı müdafiəçi Premyer Liqanın çempionu "Neftçi" və ikincisi olan "Qarabağ"la oynadıqları matçlar haqqında da danışıb: “İlk altılıq”da “Qarabağ” və “Neftçi” komandalarına qarşı səfər oyunlarında rəqibə heç nədə uduzmadıq, lakin bir səhv hər şeyin üstündən xətt çəkdi. Futbol belədir. Bizə buraxılan səhvlərdən nəticə çıxarmaq və həmin səhvləri növbəti mövsümdə təkrarlamamaq qalır. Amma üçüncü yer də pis nəticə deyil. Bizi qarşıda Avropa Liqasının oyunları gözləyir və komanda bu turnirdə gücünü göstərməlidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.