22 may 2013 17:31

Lənkəranda qırılan sindrom və seriyalar

"Rəvan” Topaz Premyer Liqasının sonuncu – 32-ci turu çərçivəsində Lənkərana səfər etdi. Azerisport.az xəbər verir ki, mayın 20-də keçirilən "Xəzər Lənkəran”la oyunda paytaxt klubu bir neçə uğursuz seriyaya son qoyub.
 
Belə ki, "Rəvan” ardıcıl 3 məğlubiyyətdən sonra Lənkəranda 3 xala sevinib. Səfər görüşlərindəki yenilgi seriyasını da qıran komanda həm də "Xəzər Lənkəran”ı ilk dəfə rəqib meydanında məğlub etdi. Premyer Liqada buna qədər 2 dəfə Lənkərana səfər etmiş "aslanlar” 1 dəfə heç-heçə etmiş, 1 dəfə isə uduzmuşdu. Elə cari mövsüm ölkə kubokunun cavab 1/4 final matçında da bakılılar Lənkəranda yenilmişdilər. Başqa sözlə, bu komandaya 8-ci yeri qazandıran qələbə uğursuz seriyaların sonu oldu.
 
Lənkərandakı qələbə ilə "Rəvan” Premyer Liqada səfər matçlarında 10-cu zəfərini bayram etdi. Maraqlıdır ki, bakılılar ötən mövsüm də indiki kimi 5 dəfə rəqib meydanında 3 xala sevinmişdi. Sadəcə, 1 il əvvəl bu, indiki (17 xal) ilə müqayisdə 2 xal çox yığmağa imkan yaratmışdı. Məhz bu geriliyin nəticəsidir ki, ümumi toplanılan xallarda (40 xal) da “Rəvan” 1 vahid geriləyib.
 
"Rəvan” Lənkərandakı oyunun sonlarında qələbə qolunu vurmaqla yenə heç-heçədən qaçdı. 14 oyunluq qollu seriya ilə öyünən komanda artıq ardıcıl 21 oyundur heç-heçə etmir. Barışmaz komanda sonuncu dəfə 11-ci turun ötən il oktyabrın 31-dəki matçında "Turan”la heç-heçə edib – 2:2. Bundan sonrakı 21 görüşdə "sülh”lə barışmayan "Rəvan”ın bu göstəricisi mövsümün rekordu oldu.
 
"Xəzər Lənkəran” ilə oyun "Rəvan” tarixində 120-ci matç oldu. Belə ki, 2009-cu ildə yaradılmış komanda I divizionda 48, Premyer Liqada, Azərbaycan kuboku çərçivəsində isə 8 oyun keçirib. Bu görüşlərdə 54 qələbə qazanan "Rəvan” 24 heç-heçə edib, 42 dəfə məğlub olub. Top fərqi isə belədir – 180:148. Bu statistikadan göründüyü kimi, Mindauqas Kalonasın Lənkərandakı oyunun sonlarında vurduğu top komandanın tarixinə 180-ci qol kimi düşdü.
 
Elə Xuan Manuel Varea da adını yenidən "Rəvan” tarixinə yazdırmış oldu. Bu oyunda qol vurmasa da, komandasının əsas qoleadoru olan və 14 qolla bombardirlər yarışında 3-cü yeri tutan argentinalı forvard daha öncə 1 matçda 3 qol vurmaqla tarixə düşmüşdüsə, bu dəfə Premyer Liqada ümumilikdə meydanda olduğu müddətə görə fərqləndi. Belə ki, Varea cari mövsüm 31 matçda ümumilikdə 2727 dəqiqə meydanda oldu ki, bu da Tural Axundovun ötən mövsümkü nəticəsini (2687) üstələməyə imkan verdi. Oyun sayında isə Xuan Manuel Tural Axundov və Ramazan Abbasovun nəticəsini (31 oyun) təkrarladı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.