22 may 2013 17:24
Rəvan iki futbolçusu ilə yollarını ayırdı (FOTO)
"Rəvan” Futbol Klubunun rəhbərliyi 2012/13 mövsümü başa çatdıqdan sonra əsas komandanın heyətinə əl gəzdirməyə başlayıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, artıq 2 legioner futbolçu ilə yollar rəsmən ayrılıb.
Bunlar moldovalı müdafiəçi Nikolay Orlovski və syerra leoneli yarımmüdafiəçi Samuel Barlaydı. Hər iki futbolçunun müqavilə müddəti başa çatıb və rəhbərlik onlarla əməkdaşlığın davam etməsində maraqlı olmayıb.
"Rəvan” adıçəkilən oyunçulara komanda üçün çalışdıqlarına görə təşəkkürünü bildirib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
