23 may 2013 17:55
Franko Nildo Xəzər Lənkəranda nə qədər qazanacaq?
“Xəzər Lənkəran”ın yeni hücumçusu Franko Nildonun bu komandada nə qədər qazanacağı bəlli olub. Azerisport.az xəbər verir ki, braziliyalı forvard ilinə 200 min dollar qazanacaq.
Elə komandanın digər yeni transferi Zohair Benuahi də təxminən eyni məbləği qazanacaq.
Qeyd edək ki, hər iki futbolçu “Xəzər Lənkəran”a AZAL-dan gəlib. Amma Nildoya görə qarşı tərəfə 150 min dollar kompensasiya ödənildiyi halda, Benuahi azad agent kimi cənub klubuna keçib.
