23 may 2013 18:09
Rəvanın Premyer Liqada qalıb-qalmayacağı bəlli deyil
“Rəvan” hələ növbəti mövsümdə Premyer Liqadakı aqibətinə aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun taleyinə böyük ehtimalla bu həftə aydınlıq gələcək.
Belə ki, bu həftə klub rəhbərliyinin sponsorlarla görüşü olmalıdı. “Aslanlar”ın aqibətinə məhz bu görüşdə aydınlıq gətiriləcək.
Qeyd edək ki, “Rəvan” elitada qalsa və rəhbərlik daha iddialı komanda formalaşdırmağa qərar versə, mümkündü ki, baş məşqçi Ramil Əliyev başqasıyla əvəzlənsin.
