23 may 2013 18:47
Qətər millisi Azərbaycanla oyuna 28 futbolçu ilə hazırlaşır (FOTO)
Futbol üzrə Qətər yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, mayın 29-da Azərbaycan millisi ilə qarşılaşacaq qətərlilərin baş məşqçisi Fahad Thani 28 futbolçuya dəvət göndərib.
Qətər yığmasının heyətinə dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik: Bilal Mohammed, İbrahim Əl Qanim, Qasem Burhan (hamısı “Al Gharafa”), Talal Əl Baluşi, Visam Rizk, Mohammed Kasola, Xalfan İbrahim, İbrahim Macid, Hassan Əl Haydos, Saad Əl Şeeb, Yusuf Ahmed, Abdul Karim Hassan (hamısı “Al Sadd”), Macid Mohammed, Mohamed El Sayed, Abdel-Muttalib (hamısı “Gedo”), Ahmad Sofian, Musab Mahmud, Abdul Qadir Elias (hamısı “El Jaish”), Hamad Əl-Obeidi, Hamid İsmail, Carallah əl-Marri (hamısı “Al Rayyan”), Adel Lami, Ahmad Yasser Mohammadi, Ali Hassan Afif, Husseyn Ali Şihab, Xaled Muftah, Sebastiyn Suria (hamısı “Lekhwiya”), Abdulaziz Əl-Sulaiti (Al Arabi).
