23 may 2013 20:25

Yuri Fomenko: Burda hər şey xoşuma gəlir, harasa getməyə hazırlaşmıram

“İnter”in hücumçusu Yuri Fomenkonun azerisport.az saytına müsahibəsi

- Siz “İnter”ə “Kəpəz”dən keçdiniz. Hansı ki, əvvəlki klubunuz elitanı tərk etdi, yeni klubunuz isə bürünc medallara sahib çıxd...
- Medal qazanmaq çox xoşdu. Şadam ki, “İnter”ə keçdim. Burda hər şey xoşuma gəlir – həm oyunçular, həm də bütövlükdə komanda.
 
- Siz ilk altılıqda 10 oyuna 5 qolla ən yaxşı bombardirlərdən biri oldunuz...
- Bunu bilmirdim. Amma sevindirməyə bilməz. Çalışacağam ki, gələcək karyeramda da bu uğurumun davamı gəlsin. Ən əsası isə komandama kömək etmək istəyirəm.
 
- “Kəpəz”dən “İnter”ə keçməyiniz daha nələri dəyişdirdi?
- Mən “Kəpəz”də daha çox mərkəz hücumçusu kimi çıxış edirdim. “İnter”də isə müxtəlif mövqelərdə oynamalı oluram. Həm mərkəzdə, həm col cinahda, həm də sağda oynamalı olmuşam.

- Bəs cinah hücumçusu kimi oynamaq sizə əlavə çətinliklər yaratmır?
- Daha çox sol cinahda oynayıram. Amma deməzdim ki, cinahlarda oynamaq mənim üçün rahatsızdı. Normaldı, xoşuma gəlir.
 
- Bu yaxınlarda komandanı tərk edəcəyinizə dair şayiələr yayıldı. Bunlar nə dərəcədə doğrudu?
- Bunlar sadəcə şayiədi.
 
- Deməli, “İnter”də qalmaq istəyirsiz?
- Əlbəttə. Bu klubda gedəcəyimə dair xəbərlərin kimlər tərəfindən, nə məqsədlə yayıldığını bilmirəm. Dediyim kimi, burda hər şey ürəyimcədi. “İnter”də qalmaq və karyeramı burda davam etdirmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.