24 may 2013 00:05
Çempionlar Liqasının finalı Berlində keçiriləcək
UEFA İcraiyyə Komitəsi 2015-ci ildə Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını qəbul edəcək şəhərləri müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının finalı Berlinin "Olimpiya" stadionunda keçiriləcək.
Avropa Liqasının həlledici oyunu isə Varşavanın “Milli” stadionunda baş tutacaq.
