24 may 2013 00:16
Hüseynovla Abdullayev yeni yaradılacaq klubun baş məşqçisi ola bilər
Məlum olduğu kimi, növbəti mövsümdən Naxçıvanın da Azərbaycan futbolunda təmsilçisi olacaq. Azerisport.az xəbər verir ki, hazırda bu yöndə işlər aparılır.
Birinci Diviziondan çıxış etməyə başlayacaq komandanı çalışdırmağa hazırda iki namizəd var. Bunlardan biri Əsgər Abdullayev, digəri isə Yunis Hüseynovdu. Lakin bu məlumatların nə dərəcədə həqiqətəuyğun olduğu hələlik bilinmir.
Qeyd edək ki, Abdullayevin son iş yeri “Turan”, Hüseynovun çalışdırdığı sonuncu komanda isə “Xəzər Lənkəran” olub.
