23 may 2013 11:15

Con Toşak: Onlar XL-da daha böyük istəklə oynayacaqlar

“Xəzər Lənkəran”ı hazırda klublarımız arasında transfer bazarının ən fəalı saymaq olar. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi cəmi bir neçə gün ərzində artıq üç önəmli transferi tam olaraq rəsmiləşdirib.
 
Bunlar AZAL-ın liderləri olmuş Franko Nildo ilə Zohair Benuahi, eləcə də “Simurq”dan gələn Rasim Ramaldanovdu.

Komandanın baş məşqçisi Con Toşak yeni transferlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Bu futbolçuların çıxış etdiyi mövqelərlə bağlı bizdə problemlər var idi. Onları transfer etməyimizin əsas səbəblərindən biri də ondan ibarətdi ki, artıq yerli çempionatı yaxşı tanıyırlar, bilirlər. Bu üzdən onlara uyğunlaşmaq üçün əlavə vaxta ehtiyac yoxdu. Əlbəttə, indi onlar daha iddialı komandada oynamaq şansı qazanacaqlar. Ümid edirəm ki, burda daha böyük istəklə çıxış edəcəklər. Bununla rəqiblərimizə qarşı heç bir hörmətsizliyə yol vermək fikrim yoxdu. AZAL-a hörmət edirəm. Nildo ilə Benuahini məhz bu komandanın oyunları zamanı iş başında görmüşəm. Onlar bacarıqlı futbolçulardı və komandamızı gücləndirəcəklər.
 
Əlbəttə, mən komandamıza daha yüksək səviyyəli futbolçular çağırmaq istərdim. Amma elə oyunçular Azərbaycanda oynamaq istəmirlər. İstisna deyil ki, komandada elə oyunçulardan da olsun. Etiraf edim ki, bir neçə elə oyunçu gözaltı etmişəm. Adlarını çəkmək istəmirəm. Lakin az deyillər.
 
Onların bura gəlmək istəməməsinin əsas səbəbi heç də maliyyə şərtləri ilə bağlı deyil. Klub rəhbərliyi bu baxımdan qarşıma sərhəd qoymayıb. Sadəcə Azərbaycan onları cəlb etmir. Yaxşı günləri artıq geridə qalmış belə oyunçular isə bizə istədiyimiz nəticələri qazanmağa kömək edə bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.