23 may 2013 11:43
Yığmamız Bolqarıstana uduzdu
Bolqarıstanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Bolqarıstanın U-16 yığması ilə qarşılaşıb.
Oyun 4:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Baxışəli Baxışəliyev və Fərid Əsədli fərqlənib.
