23 may 2013 11:58
La Liqa klubu baş məşqçisiz qaldı
Futbol üzrə İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Malaga” rəsmi olaraq baş məşqçi Manuel Pelleqrini ilə əməkdaşlığın pozulduğunu elan edib.
Məlumatı klubun rəsmi saytı yayıb. Bu mütəxəssisin klubla müqaviləsi 2 il sonra başa çatmalı idi. Manuel Pelleqrini müqavilənin pozulmasının səbəbini maliyyədə yox, idman aspektlərində gördüyünü izah edib.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis İngiltərənin “Manchester City” klubunun baş məşqçi vəzifəsinə əsas namizəd sayılır. “Malaga”nı kimin çalışdıracağı isə hələ bəlli deyil.
