23 may 2013 12:37
Denizlispor Məlikovla yeni müqavilə bağlamaq istəmir?
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov bu komandanı tərk edə bilər. Azerisport.az xəbər verir ki, həmyerlimiz ötən mövsümün əvvəlində bu klubla “1+1” sxemi ilə müqavilə imzalamışdı.
Artıq Məlikovun bu komandadakı ilk mövsümü başa çatdığından, indi tərəflər yenidən masa arxasına oturub, yeni müqavilənin şərtlərini razılaşdırmalıdılar. Hələlik bununla bağlı heç bir danışıq olmayıb. İstisna deyil ki, Rail komandasını dəyişsin. Onun vətənə dönüşü də istisna olunmur.
Belədə, “Denizlispor”dakı təmsilçilərimizin sayı birə enəcək. Qeyd edək ki, yığmamızın yarımmüdafiəçisi Arif İsayevin bu klubla daha birillik müqaviləsi var.
Belədə, “Denizlispor”dakı təmsilçilərimizin sayı birə enəcək. Qeyd edək ki, yığmamızın yarımmüdafiəçisi Arif İsayevin bu klubla daha birillik müqaviləsi var.
