23 may 2013 13:33
AZAL İqbekoyini də itirə bilər
AZAL kapitanı Viktor İqbekoyini də itirə bilər. Azerisport.az xəbər verir ki, nigeriyalı hücumçunun digər paytaxt klubuna keçməsi gözlənilir.
Belə ki, “Bakı” bu futbolçu ilə yaxından maraqlanır. Elə digər klublardan ən yaxşı təklifi də ona məhz bu klub edib. Danışıqların necə nəticələnəcəyi hələlik bilinmir.
Qeyd edək ki, AZAL son günlərdə artıq üç futbolçusu ilə yollarını ayırıb. Franko Nildo ilə Zohair Benuahi “Xəzər Lənkəran”a keçibsə, Ruslan Zubkovun xidmətindən paytaxt klubu özü imtina edib.
