23 may 2013 13:41
Vaqif Qasımovdan etiraz: Qoy nə edirlər, etsinlər
AZAL-ın vitse-prezidenti Vaqif Qasımov son günlər komandanın aparıcı futbolçularının başqa klublara keçməsinə dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Klub prezidenti Zaur Axundov burda yoxdu. Klubun büdcəsinin azaldılması barədə heç nə bilmirəm. Heç bu haqda eşitməmişəm də. Komandadan gedən oyunçulara gəlincə, transfer məsələləri ilə mən məşğul olmuram. Buna baxmayaraq, Zohair Benuahi, Franko Nildo kimi oyunçuların komandadan ayrılmasından çox narazıyam. Onları heyətdə saxlamaq lazım idi. Bu futbolçuları layiqli əvəzləyə biləcək transferlər olacaqmı? Qoy nə edirlər, etsinlər. Mən onların işlərinə qarışmayacağam”.