23 may 2013 13:52
Cahangir Həsənzadə də AZAL-dan gedir?
AZAL-ın təcrübəli qapıçısı Cahangir Həsənzadə də komandadan gedə bilər. Azerisport.az xəbər verir ki, yığmamızın sabiq qolkiperinin klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.
Bu üzdən tərəflərin yeni müqavilə ilə bağlı danışıqlar masası arxasına əyləşməsi lazımdı. Həsənzadə özü saytımıza açıqlamasında klubdan getməsini istisna etmədi:
“Komandada qalıb-qalmayacağıma klub rəhbərliyi ilə danışıqlardan sonra aydınlıq gələcək. Ona görə də hələ AZAL-dan gedib-getməyəcəyimi bilmirəm”.
“Komandada qalıb-qalmayacağıma klub rəhbərliyi ilə danışıqlardan sonra aydınlıq gələcək. Ona görə də hələ AZAL-dan gedib-getməyəcəyimi bilmirəm”.
