23 may 2013 14:48
Kubokun final oyununa 100 manatlıq bilet! (FOTO)
Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, sektordan asılı olaraq 2-100 manat arası olan biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündü.
Final oyunundan öncə müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqram təşkil olunacaq. Final oyunundan dərhal sonra isə azarkeşlər arasında uduşlu lotereya keçiriləcək. Azarkeşlər 1 ədəd “Chevrolet Aveo” avtomobili, planşet və smartfon qazanmaq imkanı əldə edəcəklər.
1-10, 19-28-ci sektorlar - 2 azn
11-13, 16-18, 30-37-ci sektorlar - 5 azn
14 və 15-ci sektorlar - 20 azn
VIP C və VIP D - 100 azn
