23 may 2013 15:16
Xəzər Lənkəran AZAL-a 150 min dollar ödəyib
“Xəzər Lənkəran”ın Franko Nildoya görə AZAL-a nə qədər transfer haqqı ödədiyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, cənub klubu paytaxt təmsilçisinə 150 min ABŞ dolları kompensasiya ödəyib.
Qeyd edək ki, Nildonun AZAL-la müqaviləsi başa çatmamışdı. Məhz bu üzdən cənub təmsilçisi ona görə tərləməli olub.
Nildodan fərqli Zohair Benuahi “Xəzər Lənkəran”a havayı başa gəlib. Çünki onun AZAL-la müqaviləsinin müddəti başa çatdığından, cənub klubuna azad agent kimi keçib.
