23 may 2013 15:28
Elxan Məmmədov UEFA-nın Konqresində iştirak edəcək
AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mayın 24-də, İngiltərənin paytaxtı Londonda UEFA-nın XXXVII Növbəti Konqresi keçiriləcək. Tədbridə ölkəmizi məhz Elxan Məmmədov təmsil edəcək.
