23 may 2013 16:51

“Xəzər Lənkəranın təklif etdiyindən də az məbləğə Simurqda qalmağa hazır idim”

“Xəzər Lənkəran”ın yeni transferi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- “Simurq”un prezidenti Anar Bəkirov çempionat başa çatan kimi, “Xəzər Lənkəran”a keçməklə keçmiş klubuna qarşı düzgün hərəkət etmədiyinizi iddia edir...
-  Mövsümün sonuna bir ay qalmış mən klubun meneceri ilə görüşdüm və tələblərimi bildirdim. Mən heç də misli görünməmiş məbləğ istəmirdim. Özü də hələ qeyd etdim ki, başqa klublar mənə “Simurq”dan istədiyimdən də artığını verirlər. Düşünmək üçün kifayət qədər vaxtları da var idi. Kapitan kimi komandanı tərk etmək istəmirdim. Amma həmin söhbətdən sonra onlar bu mövzuya qayıtmadılar. Ona görə də mənə yalnız komandayla vidalaşmaq və özümə yeni iş yeri axtarmaq qalırdı. Bu üzdən daha əlverişli şərtlər irəli sürən “Xəzər Lənkəran”la anlaşdım.
 
- Niyə məhz iki illik müqavilə?
- Fikrimcə, yaxşı müddətdi. Hər şey yaxşı alınsa, sonra müqavilənin müddətini uzada da bilərik.
 
- Yeni klubunuzla bağlı nə deyə bilərsiz?
- Yaxşı komandaya keçdiyimi düşünürəm. Bu keçid mənim üçün yeni başlanğıc olacaq. “Xəzər Lənkəran”a keçidimi irəliyə atılmış bir addım kimi dəyərləndirirəm.
 
- Con Toşakla görüşmüsüz?
- Hələ yox. Çünki komanda ilə birgə məşq etmirəm. Hazırda “Xəzər Lənkəran” kubokun final oyununa hazırlaşır. Mən isə bu görüşdə iştirak edə bilmərəm. Amma ürəkdən bu komandaya azarkeşlik edəcəm. Ümid edirəm ki, “Xəzər Lənkəran” “Neftçi”ni məğlub edəcək. İndi istirahət edirəm. Azərbaycanın Qətərlə yoxlama oyununa hazırlaşıram.
 
- Cənublu azarkeşlər yeni transferlərdən daha çox şey tələb edəcəklər. Çünki gələn il “Xəzər Lənkəran”ın yubileyidi və sizin hədəfiniz çempion olmaqdı...
- Şadam ki, belə bir şəraitə, rəhbərliyə, məşqçiyə malik kluba keçmişəm. Komanda həmişə iddialı olub. Hər il çempionluğa, kuboku qazanmağa oynayırlar. Lənkəran stadionunda oyun keçirmişəm. Orda oynamaq həmişə xoş olub. Bundan sonra isə həmin arena mənim üçün doğma olacaq. Əlimdən gələni edəcəm ki, əsas heyətdə oynayım, komandaya uğur qazandırım. Başa düşürəm ki, azarkeşlər bizdən çox şey gözləyəcəklər. Mən də öz keçidimlə onları məyus etməməyə çalışacağam.
 
- Sizi Avropa Liqasında da sınaq gözləyir. Bu, sizin ilk təcrübəniz olacaq?
- Həm hə, həm yox. Məsələ burasındadı ki, “Simurq” ilk dəfə bu turnirə vəsiqə qazananda mən də bu komandada idim. Amma meydana çıxmaq şansı qazanmamışdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.