23 may 2013 16:49
İnter daha iki futbolçuyla müqavilə bağladı
“İnter” müqavilə müddətləri başa çatmış bir sıra futbolçularla yenidən müqavilə bağlamaqda davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha iki futbolçuyla müqavilə yenilənib.
Belə ki, qapıçı Elşən Poladov və müdafiəçi Arif Daşdəmirovla bir illik müddətə müqavilə imzalanıb.
Xatırladaq ki, Elşən Poladov “İnter”ə mövsümarası dövrdə keçmişdi. Arif Daşdəmirov isə 2010-cu ilin yayından bu komandada çıxış edir.
