23 may 2013 17:17
Bombardir mükafatlandırıldı (FOTOREPORTAJ)
26 qolla U-15 Liqanın 2011-2012-ci il mövsümünün bombardiri olmuş “Neftçi”nin futbolçusu Emil Həsənzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Ayaz Süleymanov çıxış edərək rəhbərlik etdiyi məktəbin şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib və tədbirin məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, U-15 Liqanın da belə turnirlərdən olduğunu deyib.
Çıxışlar başa çatdıqdan sonra Emil Həsənzadəyə AFFA-nın hədiyyələri təqdim olunub.
