23 may 2013 17:23
Slavço Georgiyevski İnterlə müqavilə bağlamadan getdi, Usim Nduka tərəddüd edir
“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski ilə müqaviləsinin müddəti başa çatıb. Azerisport.az xəbər verir ki, tərəflər hələ yeni müqavilə ilə bağlı danışıqlara başlamayıblar.
Slavço mövsüm başa çatan kimi vətəni Makedoniyaya istirahətə yollanıb. Çox güman ki, tərəflər yalnız onun qayıdışından sonra danışıqlar masası arxasına əyləşəcəklər.
Əvəzində “İnter”in Usim Ndukanı heyətinə qatması gözlənilir. Danışıqlar davam etsə də, hələlik razılığa gəlinməyib. Çünki nigeriyalı müdafiəçi qərar verməkdə tərəddüd edir.
