24 may 2013 18:16
AFFA-dan Eddi İsrafilov açıqlaması
Xəbər verdiyimiz kimi, hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin Qətərin Doha şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuşdu. Lakin danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib.
Azerisport.az xəbər verir ki, bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Məlumatı AFFA yayıb.
