24 may 2013 18:21
Super Liqada daha bir istefa
Futbol üzrə Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, “Gaziantepspor”un baş məşqçisi Bülent Uyğun komandadan ayrılıb.
“Gaziantepspor” mövsümü 10-cu pillədə başa vurub.Bu gün klub prezidenti İbrahim Kızılla görüşən Uyğun gələn mövsümlə bağlı planlarını müzakirə edib və bəzi məsələlərdə anlaşa bilmədiyi üçün istefa verib.
Qeyd edək ki, Uyğun komandaya bu ilin əvvəlindən başçılıq edirdi. O, əvvəllər «Sivasspor», “Bucaspor”, “Eskişehirspor” və “Elazığspor” klublarının baş məşqçisi olub.
