24 may 2013 12:22
Yığmamız Qətərə Foqtssuz yola düşür
Futbol üzrə Azərbaycan yığması sabah Qətərə yola düşəcək. Azerisport.az xəbər verir ki, komandamız birbaşa Bakı-Doha reysindən yararlanacaq.
Səfərə çıxacaq heyətdə milliyə dəvət olunan futbolçulardan yalnız “Neftçi”nin üzvləri Rəşad Sadiqov, Araz Abdullayev və Mahir Şükürov, eləcə də “Xəzər Lənkəran”dan Elnur Allahverdiyevlə Rahid Əmirquliyev yer almayacaqlar. Onlar mayın 28-də Azərbaycan Kubokunun final görüşündə iştirak edəcəklərindən, millimizin düşərgəsinə gec qoşulacaqlar.
Onlarla yanaşı baş məşqçi Berti Foqts da Bakıda deyil və səfər zamanı komandamızla birgə olmayacaq. O, Dohaya birbaşa Almaniyadan yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisini mayın 29-da Qətərlə yoldaşlıq oyunu gözləyir.
