25 may 2013 00:16
Simurq 19 futbolçusu ilə yollarını ayırdı
"Simurq" bu mövsüm heyətdə yer alan 19 futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, məşqçilər korpusunun qərarı əsasında müqavilələrinin müddəti başa çatan legionerlərdən Tomislav Buşiçlə, Mario Bojiçlə, Marçin Burxartla, Zdravko Popoviçlə, David Petrkeviçlə, Anderson Olivyerayla, Stepan Polyakla, Dilaver Zrnanoviçlə və yerlilərdən Dmitri Kramarenkoyla, Qərib İbrahimovla, Rasim Ramaldanovla, Mehman Məmmədovla, Qafar Qafarovla yeni müqavilələr imzalanmayıb.
Həmçinin, icarə əsasında ötən mövsüm komandaya qatılan Murad Səttarlı, Nicat Qurbanov, Asif Mirili, Bəxtiyar Soltanov, Rüstəm Abbasov, Eyyub Əliyev də aid olduqları klublara göndərilib.
"Simurq" komandanın uğurları üçün mübarizə aparan bu futbolçulara təşəkkürünü bildirib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
