25 may 2013 00:38
Qarabağın daha bir futbolçusu milli komandaya dəvət aldı
“Qarabağ”ın müdafiəçisi Admir Teli Albaniya yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, ağdamlıların arxa xətt oyunçusu tezliklə milli komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Albaniya yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Norveçlə rəsmi oyun gözləyir. “Qarabağ”ın futbolçusu da həmin görüşdə forma geyə bilər.
Qeyd edək ki, Ağdam klubunda Albaniya yığmasının daha bir üzvü – Ansi Aqolli də çıxış edir. O, hələ ilkin siyahıda da yer almışdı. Teli isə sonradan heyətə daxil edilib.
