25 may 2013 00:44

Xəzər Lənkəranla Neftçi üçün 999 əyarlı qızıl suyuna çəkilmiş kubok

Xəbər verdiyimiz kimi, ötən gün baş tutan tədbirdə Azərbaycan Kuboku və Super Kubokunun təqdimatı keçirildi. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:
 
“Fikrimcə, bu hamımız üçün sevindirici haldı. Azərbaycan kubokunun yeni dizaynı və Super kubokla bağlı təklif AFFA-nın prezidenti Rövnəq Abdullayevlə müzakirələrdə irəli sürüldü. Hər iki kubokda milli ornamentlərin istifadə olunması daha məqsədə uyğun sayıldı. Kubokların yeni formada hazırlanması qərara alındı. PFL tərəfindən hazırlanmış bir neçə nümünəni Rövnəq Abdullayevə təqdim etdik və seçilmiş yekun variantı Rusiyada sifariş etdik”.
 
Qeyd edək ki, hər iki kubok Rusiyada hazırlanıb, 999 əyarlı qızıl suyuna çəkilib. Azərbaycan kuboku mərmər altlıq üzərində  8 güşəli ulduz və Odlar Yurdu Azərbaycanın rəmzi olan göy, qırmızı və yaşıl rəngli alov dilimləri formasındadı. Kubokun üzərində Azərbaycanın xəritəsi olan futbol topu var. Hümdürlüyü 50 sm, çəkisi 6,5 kq-dı.
 
Super Kubok isə üstdən baxdıqda milli ornamentimiz olan buta formasındadı. Mərmər altlıq üzərində 8 güşəli ulduz, Super Kubokun üzərində isə PFL və AFFA-nın loqoları var. Hündürlüyü 45 sm, çəkisi 5,2 kq-dı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.