24 may 2013 12:46
“Mərkəzi arena Türkiyə Super Kubokuna ev sahibliyi etməyə hazırdı”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Türkiyə Super Kuboku uğrunda “Galatasaray” və “Fenerbahçe” arasında keçiriləcək oyunu qəbul etməyə hazır olduqlarını bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Stadionumuz belə bir oyunu qəbul etməyə hazırdı. Biz bu oyunu təşkil etməyə hazırıq. Amma bizə hələ bununla bağlı müraciət edən olmayıb. Əgər Türkiyə Futbol Federasiyası bu oyunu Bakıda keçirmək istəsə, Gənclər və İdman Nazirliyinə, eləcə də AFFA-ya müraciət etməlidi. Biz isə bu oyunu təşkil etməyə hazırıq. İstər avqustun 11-də, istərsə də, başqa tarixdə. Əgər bu görüş Bakıda keçirilsə, Azərbaycan futbolunda ən gözəl günlərdən birini yaşamışq olarıq”.