24 may 2013 13:02
Əsgər Abdullayev Araza “hə” dedi
Növbəti mövsümdən Azərbaycan Birinci Divizionunda çıxış etməyə başlayacaq Naxçıvanın “Araz” klubunu kimin çalışdıracağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, yeni komandanın baş məşqçisi Əsgər Abdullayev olacaq.
Bu barədə xəbəri saytımıza Abdullayevin özü verib. O, bugünlərdə Naxçıvanda olub. Yerli infrastrukturla tanış olan mütəxəssis yeni komandanın sükanı arxasına keçməyə razılıq verib.
Lakin hələlik tərəflər müqavilə bağlamayıblar. Rəsmi müqavilənin iyun ayında imzalanması gözlənilir.
