25 may 2013 01:09
Ramin Musayev də Arazın Premyer Liqada oynamasını istisna etmir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, növbəti mövsümdən Birinci Diviziondan çıxış etməyə başlaması nəzərdə tutulan Naxçıvanın “Araz” klubu Premyer Liqada da mübarizə apara bilər. Azerisport.az xəbər verir ki, o, bunun mümkünlüyünü belə izah edib:
“Mən də “Araz”ın yenidən formalaşdırıldığı barədə eşitmişəm. Amma indidən demək olmaz ki, komanda dərhal Premyer Liqada oynayacaq. Yəqin ki, onlar Birinci Diviziondan mübarizəyə başlayacaqlar. “Araz”ın “Rəvan”ı Premyer Liqada əvəzləyəcəyi barədə xəbərlərə gəlincə, indidən bu barədə heç nə demək olmaz. Fikrimcə, “Rəvan” növbəti mövsümün hazırlıqlarına başlayacaq. Əlbəttə, hər şey ola bilər. Əgər “Rəvan” Premyer Liqadan imtina etsə, Birinci Divizionda çıxış edən klublardan isə heç biri onları əvəzləməsə, o zaman “Araz”a Premyer Liqada oynamağa icazə vermək haqda düşünmək olar”.