24 may 2013 13:43

Əsgər Abdullayev: Araz Premyer Liqaya da hazır ola bilər

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, növbəti mövsümdən Birinci Divizionda çıxış edəcək Naxçıvanın “Araz” klubunu çalışdırması gözlənilən Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi
 
- Bildiyimizə görə, bu yaxınlarda Naxçıvanda olmusuz...
- Bəli, elədi. “Araz” klubundan mənə zəng etmişdilər. Dedilər ki, məni komandanın baş məşqçisi görmək istəyirlər. Nəticədə ora yollandım. Etiraf edim ki, gördüklərim məni müsbət mənada təəccübləndirdi. Əla bazaları, stadionları, kompleksləri var. Orda yaxşı komanda yaratmaq üçün hər cür şərait var. Biz müqavilənin şərtlərini müzakirə etdik. Yəqin ki, iyun ayında rəsmi müqavilə bağlayacağıq.
 
- Komandanın qarşısına hansı vəzifə qoyulacaq?
- Hələlik konkret bir vəzifə söhbət mövzusu olmayıb. Biz Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq. Amma bu, sadəcə mənim istəyimdi. Əgər şərait varsa, niyə də elitada oynamayaq? Əsas hədəfimiz böyük futbolu Naxçıvana qaytarmaq olacaq.
 
- “Araz”da hər şey sıfırdan yaradılacaq?
- Birinci Divizionun əsasnaməsinə görə, komandanın heyətində yaşı 21-dək olan ən azı səkkiz futbolçu çıxış etməlidi. Biz əsasən Naxçıvanın özündən olan futbolçularla güclənməyə çalışacağıq. Güclü bir komanda yaratmaq istəyirik.
 
- “Araz” ev oyunlarını harda keçirəcək?
- Mən oxumuşam ki, “Araz” ev oyunlarını Bakıda keçirməyə hazırlaşır. Amma mən rəhbərliklə danışdım. Əmin etdilər ki, ev oyunlarımız Naxçıvandakı stadionda keçiriləcək. Əgər biz böyük futbolu Naxçıvana qaytarmaq istəyiriksə, orda oynamalıyıq.
 
- Əgər “Rəvan” Premyer Liqada oynamaqdan imtina etsə, siz 2-3 aya elitada oynaya biləcək komanda formalaşdıra bilərsiz?
- Bu, çətin sualdı. Mən də bu barədə eşitmişəm. Amma hələ elə bir rəsmi informasiya yoxdu. Əgər qarşımıza belə bir hədəf qoyulsa, yəqin ki, həllinə çalışarıq.
 
- Klubunuzun büdcəsi necə olacaq?
- Maliyyə tərəfi barədə hələ danışmaq istəmirəm. “Araz”ın Naxçıvanda gözəl şəraiti var. İndi 21 yaşadək yaxşı futbolçular tapmağa çalışmalıyıq. Daha sonra hazırlıq planlarımızı və məşqçilər korpusunu müəyyənləşdirməyi hədəfləmişik.
 
- Komandanızda görmək istədiyiniz futbolçuları paytaxtdan Naxçıvana aparmağa razı salmaq çətin olmayacaq ki?
- Düşünmürəm. Bizə yerli azarkeşləri sevindirmək lazımdı. Naxçıvan yaxşı şəhərdi. İnanmıram ki, orda hansısa futbolçuların çətinliyi olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.