24 may 2013 14:05
Berti Foqts: Meydana ən azı 6 yerli futbolçu çıxmalıdı
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts gənc futbolçulara dəstək verilməsini istəyir. Azerisport.az xəbər verir ki, Şotlandiya mətbuatına müsahibəsində almaniyalı mütəxxəssis bununla bağlı maraqlı fikirlər səsləndirib.
"Legioner futbolçura sərmayə qoymaq heç də yaxşı deyil. Şotlandiya kimi ölkələrdə yerli gənclərə daha çox üstünlük verilməlidi. Əgər belə olsa, 10 ildən sonra Şotlandiya futbolu yaxşı səviyyəyə çata bilər. Hələ Şotlandiyada işləyəndə mənim bu məsələyə dair klublarla söhbətim olmuşdu. Son mövsümdə “Celtic” özünü Çempionlar Liqasında yaxşı tərəfdən göstərə bildi. Bəlkə, Şotlandiya Futbol Federasiyası artıq klubların qarşısına şərt qoymalıdı ki, onlar meydana ən azı altı yerli futbolçu ilə çıxsın. Mən vaxtilə Azərbaycan klublarının nümayəndələrinə də demişəm ki, hər matçda ən azı altı yerli futbolçu oynatmalıdılar”.
