24 may 2013 14:28
Böyükağa Hacıyev: Bilirik ki, Neftçiyə qarşı tam başqa Xəzər Lənkəran oynayacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la baş tutacaq final oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kubok “Xəzər Lənkəran” üçün də “Neftçi”yə lazım olduğu qədər vacibdi. Finalda qalib gəlib, qızıl dubla imza atmağı çox istəyirik. Çempionat başa çatandan sonra bu oyunun hazırlıqlarına start vermişik. Bilirik ki, bizə qarşı tam başqa “Xəzər Lənkəran” oynayacaq. Amma “Neftçi” hər şeyə hazırdı. Nə qədər maraqlı olsa da, altılıqda qarşılaşmayan komandalar indi mövsümü başa vurmalıdılar. Hələlik bu mövsümün nəticələrinə ürəkdən sevinə bilməmişik. Kubokun finalında qələbə qazanandan sonra, sevinərik”.