24 may 2013 14:47
“Syomin Qəbələyə keçsə, mən onun köməkçisi olacağam”
“Simurq”un qapıçısı Dmitri Kramarenko “Qəbələ”yə keçə bilər. Azerisport.az saytına müsahibəsində bunu sabiq qapıçısı özü bildirib.
Zaqatala klubu ilə müqaviləsi başa çatan təcrübəli qolkiper artıq karyerasını başa vurmağa hazırlaşır. Çünki “Qəbələ” onu məşqçi kimi əməkdaşlığa dəvət edir:
“Qəbələ” rəhbərliyi mənimlə əlaqə saxladı və qapıçılarla işləyən məşqçi təklifini etdi. Mən belə başa düşdüm ki, onlar mənim Yuri Syominin məşqçilər korpusunda yer almağımı istəyirlər. Hələ müqavilə bağlamamışıq. Əgər Syomin “Qəbələ”yə keçsə, onda mənim də bu klubda məşqçiliyim rəsmiləşəcək. “Simurq”a gəlincə, artıq müqaviləmizin müddəti başa çatıb. Ona görə də biz xoşluqla, qarşılıqlı razılıq əsasında əməkdaşlığımıza son verdik”.
